Menu

"Bu aqressiya mənim xoşuma gəlmir..." - Tramp Putinlə görüşməyə bilər

28.11.2018, 08:41
"Bu aqressiya mənim xoşuma gəlmir..."  - Tramp Putinlə görüşməyə bilər

ABŞ prezidenti Donald Tramp Kerç boğazında baş vermiş hadisə ilə əlaqədar olaraq Argentinada keçiriləcək G20 sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşünü ləğv edə biləcəyini deyib.

"Report" "The Washington Post"a istinadən xəbər verir ki, Tramp hadisə ilə bağlı "ətraflı hesabat" gözləyir.

"O, (Hesabat. — Report) müəyyənedici olacaq. Bəlkə heç bir görüş olmadı... Bu aqressiya mənim xoşuma gəlmir, bu mənə qətiyyən lazım deyil", — deyə qəzet onun sözlərini sitat gətirib.

Noyabrın 25-də Kerç boğazında Ukraynanın 3 gəmisi Rusiya tərəfindən saxlanılıb.

Şərhlər

Abit 2018-11-28 08:41:53

İkinizde bir bezin qırağısız

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol