Menu

ABŞ bombardmançılarının Koreya yarımadası üzərində uçuşu dayandırılıb - General

28.11.2018, 09:47
ABŞ bombardmançılarının Koreya yarımadası üzərində uçuşu dayandırılıb  - General

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Sakit okean hərbi-hava qüvvələri (HHQ) komandanı, general Çarlz Braun bəyan edib ki, ABŞ bombardmançı təyyarələrinin Koreya yarımadası üzərində uçuşları dayandırılıb.

«Hələlik biz, diplomatik işlərlə məşğuluq. Biz, gerçəkdən də diplomatik danışıqları poza biləcək heç iş görmək istəmirik» - deyə, general bəyan edib.

Ancaq onun sözlərinə görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə münasibətlərin isinməsinə baxmayaraq, ABŞ bombardmançılarının bölgədəki sayı dəyişməz qalacaq.

O da bildirilir ki, gələn il ABŞ Cənubi Koreya ilə birgə keçirəcəyi hərbi təlimlərin əhatə dairəsini kiçildəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol