Menu

22 yaşlı gənc intihar edib

28.11.2018, 11:45
22 yaşlı gənc intihar edib

Sumqayıt şəhərində 22 yaşlı oğlan intihar edib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən ondörtmərtəbəli yaşayış binasında baş verib.

Belə ki, şəhər sakini, 1996-cı il təvəllüdlü Cəfərli Əli Süleyman oğlu özünü binanın 14-cü mərtəbəsindən ataraq intihar edib.

Gəncin meyiti müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol