Menu

Ukraynada prezident seçkilərinin tarixi təsdiqlənib

28.11.2018, 13:47
Ukraynada prezident seçkilərinin tarixi təsdiqlənib

Ukrayna Ali Radasının sədri Andrey Parubiy Ukraynada prezident seçkilərinin keçirilməsi haqqında qərar imzalayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, seçkilər gələn il martın 31-də keçiriləcək.

Ali Radanın sədri həmçinin ölkə Prezidenti Petro Poroşenko tərəfindən təklif olunan hərbi vəziyyət haqqında qanunu imzalayıb.

Xüsusi hüquqi rejim Ukraynanın 10 regionunda noyabrın 26-da saat 14:00-dan dekabrın 26-sı saat 14:00-dək tətbiq olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol