Menu

Gürcüstan MSK: Seçici fəallığı 47%-i keçib

28.11.2018, 18:47
Gürcüstan MSK: Seçici fəallığı 47%-i keçib

Gürcüstanda prezident seçkilərinin ikinci turunda seçici fəallığı saat 17:00-a olan məlumata əsasən 47,31% təşkil edib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

Səsvermədə artıq 1 662 453 seçici iştirak edib.

Yüksək seçici fəallığı Acarıstan Muxtar Respublikasının Keda qəsəbəsində (58%), ən aşağı fəallıq isə Kvemo Kartli bölgəsinin Tsalka şəhərində (37%) qeydə alınıb.

Səsvermə prosesi saat 20:00-da başa çatacaq.

Seçicilərin ümumi sayı 3 528 658 nəfər təşkil edir.

Şərhlər

Analitik 2018-11-28 18:47:40

Gurcustanda ne baš verdi ya vermedi bunun bize bu qeder ne dexlisi var Ki, bu memleket haqqinda ozumuzden çox yazilir?! Onlar heç bizi bu qeder xatirlayirlar goresen.. ya oz problemlerimiz çox ele az imiş kimi..!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol