Menu

Salome Zurabişvili Gürcüstan Prezidenti kimi ilk səfər edəcəyi ölkələri açıqlayıb

29.11.2018, 14:16
Salome Zurabişvili Gürcüstan Prezidenti kimi ilk səfər edəcəyi ölkələri açıqlayıb

Salome Zurabişvili Gürcüstan Prezidenti vəzifəsində ilk səfərini Avropa ölkələrinə etməyi planlaşdırır.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

S.Zurabişvili Brüssel, Berlin və Parisə səfər edəcəyini qeyd edib: “İlk səfərimin Avropa ölkələri və ötən gecə prezident seçilməyim münasibətilə məni ilk təbrik edən qadın prezidentin olduğu Baltikyanı ölkəyə (Litva - red.) olacağına heç kəs təəccüblənməz”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol