Menu

FIFA futbolçuların icarəyə verilmələrinə məhdudiyyət qoymaq istəyir

30.11.2018, 17:44
FIFA futbolçuların icarəyə verilmələrinə məhdudiyyət qoymaq istəyir

FIFA futbolçuların icarəyə verilməsinə məhdudiyyət qoya bilər."Report"un "The Times" nəşrinə istinadən verdiyi məlumata görə, qaydalardakı dəyişiklik layihəsi hər bir klubun ən çoxu 5-6 oyunçunun icarə əməliyyatlarını həyata keçirməsini nəzərdə tutur. Yenilik 2020-2021 mövsümündən tətbiq olunacaq. Bu, bazarın şəffaflığını artırmalıdır.

FIFA həmçinin ikidən çox oyunçunun bir kluba icarəsini qadağan etmək niyyətindədir. Bu dəyişikliklər bəzi top-klublara problemlər yarada bilər. Məsələn, təkcə İngiltərənin "Çelsi" klubunun müqavilə üzrə 39 oyunçusu var. Amma onların çoxu icarədədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol