Menu

"Google"un jesti etiraza səbəb oldu - Foto

10.08.2014, 16:56
"Google"un jesti etiraza səbəb oldu - Foto

CHP internet nəhənginin hazırladığı dudla etiraz edib

"Google" şirkəti Türkiyədə prezident seçkiləri üçün bir jest edib.

ANS PRESS-in məlumatına görə, internet axtarış nəhəngi seçkilərlə bağlı bir dudl hazırlayıb. Bu isə hamı tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, Cümhuriyət Xalq Partiyası (CHP) tərəfindən bu dudla etiraz edilib. Bursada CHP Nilüfer vilayət başçısı Özgür Şahin prezident seçkisi üçün hazırlanan qrafikdə sandığa atılan səsvermə kağızında ilk sırada olan namizədə səs verildiyini iddia edib. CHP-li rəsmi dizaynın saytdan qaldırılması üçün rayon seçki heyətinə müraciət edib.

Yazılı açıqlama verən Özgür Şahin prezident seçkilərində təbliğat qadağasının dünəndən başladığını xatırladıb: "Ancaq http://www.google.com.tr ünvanındakı, "Google" adlı saytda olan vizual sandığa atılan səsvermə kağızında ilk sırada olan namizədə səs verildiyi təsbit edilib".

Bəziləri isə vizual sandıqda üçüncü namizədin adına səs verildiyini iddia edir.

Mübahisəyə səbəb olan fotonu sizə təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol