Menu

"Azərişıq" növbəti böyük müqavilə imzalayıb

30.11.2018, 18:58
"Azərişıq" növbəti böyük müqavilə imzalayıb

Dövlət elektrik paylayıcı şirkəti "Azərisıq" elektrik malı almaq üçün noyabrın 27-də "Gatdigital" şirkəti ilə 9 milyon 575,2 min manat (5,6 milyon ABŞ dollarından çox) məbləğində müqavilə imzalayıb. Bu, son beş ayda tərəflər arasında üçüncü müqavilədir.

Dövlət satınalmaları reyestrinə əsasən, iyulun 26-dan noyabrın 27-dək tərəflər elektrik mallarının tədarükü üzrə 29 milyon 448,3 min manat və ya 17,3 milyon dollar məbləğində üç müqavilə imzalayıb.

"Azərişıq" Azərbaycan qanunvericiliyinə zidd olaraq, alınmış malların siyahısını açıqlamır. /"Turan"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol