Menu

Paşinyan Sankt-Peterburqa gedəcək

01.12.2018, 16:18
Paşinyan Sankt-Peterburqa gedəcək

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan dekabrın 5-6-da Sankt-Peterburqa səfər etməyi planlaşdırır.

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə şənbə günü jurnalistlərə onun baş müşaviri Arsen Qasparyan deyib.

O bildirib ki, N.Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının iclasında və Müstəqil Dövlətlər Birliyinin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etməsi nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol