Ən yeni xəbərlər yazının əvvəlində verilir
Müxalifət seçiklərdə total saxtalaşdırmaların olmasından şikayətçidir
21:40
ANS PRESS-in məlumatına görə, artıq seçki qutularının 84 faizi açılıb. Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan sayılan səslərin 51,3 faizinə sahib olmaqla rəqiblərindən irəlidədir.
İkinci yerə 39,6 faizlə müxalifətin vahid namizədi Ekmələddin İhsanoğlu sahibdir.
Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Selahattin Demirtaş isə 9 faiz səslə geridədir.
Səslərin sayılmasındakı dəyişikliklər yerli televiziya ilə birbaşa yayımlanır.
* * *
20:50
Türkiyədə keçirilən prezident seçkisinin bu saata olan nəticələri belədir:
Ərdoğan 51,4, Ekmeləddin İhsanoğlu 39,8, Selahattin Demirtaş 8.8 faiz səs yığıb
***
Türkiyədə keçirilən prezident seçkilərinin ilkin rəsmi nəticələri açıqlanıb.
ANS PRESS-in məlumatına görə, Türkiyənin Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrə əsasən hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğan böyük fərqlə rəqiblərini üstələyir.
Son məlumata görə, 15 milyon səs artıq sayılıb. İlkin nəticələr belədir.
Ərdoğan 52,3, Ekmeləddin İhsanoğlu 38,5, Selahattin Demirtaş 9.2 fazi səs yığıb.
Qeyd edək ki, müxalifət seçiklərdə total saxtalaşdırmaların olmasından şikayətçidir.

![Ərdoğan 51,3 faizlə irəlidədir - [Yenilənir]](https://static.azpolitika.info/storage/news/0df634d9492c741eb699cdf87b9ab281/265c3ccc-b78f-456b-a855-c490e8e96b44_740.jpg)
Şərhlər