Menu

"Neftçi" Naxçıvandan böyük hesablı məğlubiyyətlə qayıdır

10.08.2014, 21:18
"Neftçi" Naxçıvandan böyük hesablı məğlubiyyətlə qayıdır

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turunun oyunları davam edir. ANS PRESS-in məlumatına görə, bu gün keçirilən "Araz Naxçıvan" - "Neftçi" oyununda meydan sahibləri qələbəyə sevinib.

Birinci hissədə tərəflər sülhlə ayrılsalarda, ikinci hissənin əvvəlində hesabdakı tarazlıq pozulub. meydan sahibləri qarşılaşmanın son 10 dəqiqəsində daha 2 qola seviniblər.

Bu oyunda "Neftçi" aşkar favorit göstərilirdi. Lakin "Neftçi" Avropa Liqası və avqsutun 13-də keçirəcəyi superkubok oyunu nəzərə alaraq Naxçıvana əsas heyəti göndərməmişdi.

Bu gün daha 2 oyun keçiriləcək.

“Araz Naxçıvan” – “Neftçi” - 3:0

Qollar: David Canalidze, 51, 90, Elmin Çobanov, 83.

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Ramiz Məhərrəmov

Naxçıvan Muxtar Respublika stadionu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol