Menu

Qubada stomatoloji klinika yanıb

02.12.2018, 23:10
Qubada stomatoloji klinika yanıb

Quba rayonunda ümumi sahəsi 722 m² olan birmərtəbəli tikilinin (stomatoloji klinika kimi fəaliyyət göstərir) dəhlizinin tavanı 5 m² sahədə yanıb.

FHN-dən verilən məlumata əsasən, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol