Türkiyədə səsvermə qutularının 100 faizi açılıb. Türkiyə relekanallarının məlumatına görə, baş nazir Rəcəb Tayyib Ərdoğan 52 fazə yaxın bir səs toplayıb. Müxalifətin namizədi Ə. İhsanoğlu səslərin 38,27 faizinin yığıb. Kürdlərin namizədi Dəmirtaşın faizi isə hələlik 9,68 faizdir.
Türkiyədə səslərin çoxunun hesablanmasından sonra artıq AK partiyası qələbəni qeyd etməyə başlayıb. Ərdoğan artıq Türkiyənin 12-ci prezidentidir.
AK partiyanın yerləşdiyi binanın qarşısında baş nazir Rəcəb Tayyib Ərdoğanın çıxışının hazırlıqları gedir. Eyni zamanda binanın önündən “Son sözü millət söylədi, Türkiyə qazandı!” cümləsi yazılmış plakat da asılıb.
AzPolitika.info


Şərhlər