Menu

Başqırdıstanın Baş naziri istefa verib

03.12.2018, 11:32
Başqırdıstanın Baş naziri istefa verib

Başqırdıstan Respublikasının Baş naziri Rüstəm Həbiboviç Mardanov istefa verib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Baş nazir səlahiyyətlərini icra edən Radi Xabirov hökumətin regional əməliyyat müşavirəsində bildirib.

“Rüstəm Həbiboviç başqa işə keçib. Mən onu dilə tutdum, ancaq onun Rusiya Mərkəzi Bankı sistemində işləməsi də respublikamız üçün vacibdir”, - R.Xabirov vurğulayıb.

O, bir müddət əvvəl Baş nazir müavinlərinin hamısının istefasını qəbul edib.

Rüstəm Mardanov 1964-cü ildə Başqırdıstanda anadan olub. Ufa Dövlət Aviasiya İstitutunu bitirib. İxtisasca iqtitisadçıdır. 2015-ci ildə Başqırdıstan Baş nazirinin müavini, 2015-2018-ci illərdə isə Baş nazir vəzifəsində işləyib.

Şərhlər

Kamal 2018-12-03 11:32:09

Sağ.eli.azerbaycanln. başna.amin.inşallah

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol