Menu

"Britaniya Aİ-dən çıxmaq qərarından birtərəfli qaydada imtina etməyəcək"

04.12.2018, 20:00
"Britaniya Aİ-dən çıxmaq qərarından birtərəfli qaydada imtina etməyəcək"

"Böyük Britaniya hökuməti Avropa İttifaqından (Aİ) çıxmaq qərarından birtərəfli qaydada imtina etmək hüququndan yararlanmaq niyyətində deyil".

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Baş nazir Tereza Meyin rəsmi nümayəndəsi Avropa İttifaqının baş müşavirinin belə bir hüququn olmasına dair açıqlamasından sonra bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Aİ üzvlüyündən çıxmaq hüququna dair Lissabon müqaviləsinin 50-ci maddəsinə dair rəsmi izahat verən Avropa Ədliyyə Məhkəməsinin baş vəkili Kampos Sançes-Bordona Böyük Britaniyanın üzvlükdən çıxmaq bildirişini birtərəfli qaydada geri götürmək hüququna malik olduğunu açıqlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol