Menu

İsrail BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını istəyir

05.12.2018, 08:30
İsrail BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını istəyir

İsrail Livanın "Hizbullah" hərəkatının nümayəndələri tərəfindən tunellərin qazılmasını müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasının zəruri olduğunu hesab edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu deyib.

"Mən İsrailin BMT-dəki nümayəndə heyətindən "Hizbullah"ın hərəkətlərini müzakirə etmək üçün Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasına nail olmağı xahiş etdim", - deyə baş nazir bildirib.

Bundan əvvəl İsrail polisi Netanyahu və həyat yoldaşına qarşı korrupsiya ittihamı irəli sürülməsini tövsiyə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol