Menu

İstanbul Prokurorluğu Səudiyyə vəliəhdinin keçmiş müşavirinin həbsini tələb edib

05.12.2018, 13:05
İstanbul Prokurorluğu Səudiyyə vəliəhdinin keçmiş müşavirinin həbsini tələb edib

İstanbul Prokurorluğu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın keçmiş müşaviri Səud bin Abdullah əl-Kahtani və Baş Kəşfiyyat İdarəsi sədrinin müavini, general Əhməd Asirinin jurnalist Camal Qaşıqçı cinayəti çərçivəsində həbsini tələb edib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlar jurnalistin öldürülməsini planlaşdırmaqda şübhəli bilinir.

Qeyd edək ki, oktyabrın 2-də “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Onun qətlinin Krallıqda planlaşdırıldığı bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol