Menu

RATİ-nin ofisi möhürlənib

11.08.2014, 12:32
RATİ-nin ofisi möhürlənib

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisi möhürlənib.

Bu haqda AzadlıqRadiosuna institutun direktoru Günay İsmayılova məlumat verib:

«Bir az öncə prokurorluğun müstəntiqi və sahə müvəkkili birlikdə ofisə gəldilər. Bizi ofisdən çıxarıb qapını möhürlədilər. İkinci ofisin də qapısını möhürlədilər. Dedilər ki, istintaq bitəndən sonra möhürü açacaqlar».

Avqustun 8-də polis və mülkigeyimlilər RATİ-nin eyni ünvanda olan hər iki ofisində axtarış aparıb. Ofisdəki kompüter və sənədlər götürülüb.

RATİ-nin rəhbəri Emin Hüseynov və onun qardaşı Mehman Hüseynovun harada olduğu bəlli deyil.

Sosial şəbəkələrdə onların həbs olunması ilə bağlı yayılan məlumatlar hələ ki rəsmi təsdiqini tapmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol