Menu

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

07.12.2018, 00:02

ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının, Los-Anceles dairəsinin Boba-Hopa hava limanında uçuş-enmə zolağından kənara çıxıb.Bu barədə "Report" CNN-ə istinadən xəbər verir. Bildirilir ki, 278-ci reys Oklenddən Byorbanka uçurmuş.

Hadisə zamanı "Boeing 737-700" təyyarəsində 112 sərnişin və 5 heyət üzvü olub. Onlardan heç biri xəsarət almayıb. ABŞ-ın Mülki Aviasiyasının Federal İdarəsindən bildirilib ki, hadisəyə güclü yağış səbəb olub. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol