Dekabrın 2-7-də Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) IV qurultayı keçirilib. Qurultayın son günü BHİK-in rəhbər orqanlarına seçkilər keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından bildiriblər ki, qurultayda iştirak edən Azərbaycan həmkarlar ittifaqlarının nümayəndə heyətinin rəhbəri, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev növbəti müddətə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib.
Qeyd edək ki, qurultayın gedişində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ingilis dilində çap olunan “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabı Azərbaycan nümayəndə heyətinin üzvləri tərəfindən iştirakçılara paylanıb.


Şərhlər
Səttar Mehbalıyevin Respublika həyatında bir rolu.əməli bir işi varmı,yoxsa bboş yerə büdcəyə arzuolunmaz yükdür.Axı o idarənin fəaliyyəti heç yerdə hiss olunmur.