Menu

“AzerGold” “Çovdar” qızıl yatağının istismarından indiyə qədər 230 mln. dollar gəlir əldə edib

07.12.2018, 17:41
“AzerGold” “Çovdar” qızıl yatağının istismarından indiyə qədər 230 mln. dollar gəlir əldə edib

Azərbaycanın "Çovdar" qızıl yatağının istismar müddəti artırılacaq. “Report” xəbər verir ki, bu barədə yatağın istismarını həyata keçirən “AzerGold” QSC-nin sədri Zakir İbrahimov məlumat verib.

“Mövcud infrastrukturdan istifadə etməklə əlavə qızıl və gümüş hasil edəcəyik. Bu isə məhsullarımızın maya dəyərinin azalmasına gətirib çıxaracaq. “Çovdar” qızıl yatağının istismarının I mərhələsində 450 mln. ABŞ dolları məbləğində gəlir əldə edilməlidir. 2016-2018-ci illərdə bunun 230 mln. dolları artıq əldə edilib. II mərhələdə isə gəlir 500 mln. dollar təşkil edəcək”, - deyə o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol