Menu

"Neftçi" klubunun qış fasiləsindəki hazırlıq planı müəyyənləşib

07.12.2018, 20:46
"Neftçi" klubunun qış fasiləsindəki hazırlıq planı müəyyənləşib

"Neftçi” klubunun qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

"Report" klubun rəsmi saytına istinadla xəbər verir ki, yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərində olacaq komanda Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq.

Flaqman qonşu ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar yanvarın 18-i, 23-ü və 26-da olacaq. Paytaxt təmsilçisinin rəqibləri hələ ki, bəlli deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol