Menu

İranın 7 vilayətində sel və daşqın olub

08.12.2018, 16:12
İranın 7 vilayətində sel və daşqın olub

İranın 7 vilayətində, Ərdəbil, İlam, Xuzistan, Qəzvin, Kirmanşah, Lorestan və Həmədan vilayətində güclü sel və daşqınlar baş verib.

Trend-in məlumatına görə, bunu İranın Xilasetmə və Yardım Təşkilatının sədri Murtaza Səlimi deyib.

Onun sözlərinə görə, 1 265 nəfərə yardım göstərilib, 21 nəfər təhlükəsiz bölgələrə köçürülüb.

Səlimi Xuzistan vilayətində sel və daşqınlar nəticəsində 1 nəfərin dünyasını dəyişdiyini deyib: “109 mənzil sudan təmizlənib, 41 avtomobil seldən çıxarılıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol