Menu

ABŞ termonüvə döyüş başlıqlarını modernləşdirmək qərarına gəlib

09.12.2018, 21:29
ABŞ termonüvə döyüş başlıqlarını modernləşdirmək qərarına gəlib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) hakimiyyəti qitələrarası ballistik raketləri üçün W78 tipli termonüvə döyüş başlıqlarını yenilmək niyyətindədir.

Yeni proqramı ölkənin nüvə təhlükəsizliyi üzrə milli Administrasiyası (NNSA) təqdim edib.

ABŞ Hesablama Palatasının (HP) saytında xəbər verildiyi kimi, birinci növbə yeni nüvə başlıqları 2030-cu ildə yaradılmalıdır. Proqramın maliyyələşdirilməsinə 2019-ci ildə başlanacaq, ümumi məsrəflər isə 10-15 milyard dollar civarında qiymətləndirilir.

W78 döyüş başlıqları 1979-1982-ci illər aralığında istehsal edilib və Birləşmiş Ştatların silahlanmasında qalmaqdadır. Onlar LGM-30 «Minitmen» yerüstü qitələrarası ballistik raketlərdə istifadə olunur. İndi isə onların həri-dəniz qüvvələrində istifadəsi planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol