Menu

Ermənistanda seçkinin ilkin nəticəsi - Paşinyanın bloku öndədir

09.12.2018, 23:56
Ermənistanda seçkinin ilkin nəticəsi - Paşinyanın bloku öndədir

İnternet üzərindən onlayn səsvermədə Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim Addımım” Bloku qalib gəlib.

Virtualaz.org yerli KİV-ə istinadla bildirir ki, “Mənim Addımım” Bloku 504 səsdən 393-nü alıb.

Qeyd edək ki, seçki məntəqələri saat 20:00-da bağlanıb və hazırda səslərin sayılması prosesi gedir. Seçkidə cəmi 48,63% seçici iştirak edib.

Nəticələr gecə yarısından elan olunmağa başlayacaq.

Mərkəzi Seçki Komissiyası bildirib ki, 2010 məntəqədən hələlik yalnız 29-nun bülletenləri sayılıb. Onun nəticələrinə görə də “Mənim Addımım” Bloku 59,71% səslə rəqiblərindən xeyli irəlidədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol