Menu

Fransada aksiyaya görə daha iki futbol matçı təxirə salınıb

10.12.2018, 10:39
Fransada aksiyaya görə daha iki futbol matçı təxirə salınıb

Futbol üzrə Fransa Liqasında XVII turun daha iki oyunu təxirə salınıb.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu günə nəzərdə tutulan “Anje” – “Bordo” və “Nim” – “Nant” matçları Fransa hökumətinin tələbi ilə başqa tarixdə keçiriləcək. Buna ölkədə yanacağın bahalaşmasına etiraz olaraq davam edən aksiyalar səbəb olub.

Qeyd edək ki, daha öncə XVII turun “Monako” – “Nitsa”, “Sent-Etyen” – “Marsel”, “Tuluza” – “Lion” və PSJ - “Monpelye” görüşləri də eyni səbəbdən təxirə salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol