Menu

"Nazim İbrahimovun başı öz maşın kolleksiyasına qarışıb..."- Aslan İsmayılov

16.10.2013, 13:10
"Nazim İbrahimovun başı öz maşın kolleksiyasına qarışıb..."- Aslan İsmayılov

"Azərbaycan hakimiyyəti Rusiyada azərbaycanlılara qarşı vəhşiliklərə qorxusundan fikir bildirmir"

Tanınmış hüquqşünas Aslan İsmayılov Moskvada qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun saxlanılması ilə bağlı yayılan görüntüləri şərh edib. Onun facebook-da paylaşdığı mövqeyini təqdim edirik:

“Son günlər Rusiyanın gündəmini zəbt etmiş, elə azərbaycanlıların özlərinə böyük bəla gətirmiş, Orxan Zeynalovun cinayətini qətiyyətlə pisləyirəm (əgər deyilən kimi olubsa). Ancaq onunla bağlı yayılan videogörüntülər ona qarşı insanlığa sığmayan hərəkətlərin baş verdiyini göstərir. Əgər Rusiya hökumətinin Azərbaycan hakimiyyətinə zərrə qədər hörməti olsaydı buna yol verməzdi. Saatlardır ölkəyə və onun vətəndaşına qarşı olan hörmətsizliyi sanki Azərbaycan hakimiyyəti görmür. Mən isə başa düşürəm ki, görür, sadəcə qorxusundan fikir bildirmir. Əks halda Xarici İşlər Nazirliyi çoxdan nota verərdi. Rusiyadakı vətəndaşlarımızın vəziyyəti ilə birbaşa maraqlanmalı olan səfirimiz Polad Bülbüloğlu isə bu dəqiqələrdə yəqin ki, hansısa ziyafət məclisində öz kefindədir. Diaspora sədrimiz Nazim İbrahimovun başı isə öz maşın kolleksiyasına qarışıb.

P.S. Rusiya Federasiyası daxili işlər nazirinin hərəkətlərindən dəhşətə gəldim. Bizim hakimiyyət isə bizləri yenidən onların çətirinin altına salmaq istəyir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol