Menu

Saakaşviliyə qarşı daha bir ittiham irəli sürüldü

10.12.2018, 14:59
Saakaşviliyə qarşı daha bir ittiham irəli sürüldü

Tbilisidə prezident seçkilərindən sonra saxlanılan 7 Ukrayna vətəndaşı kütləvi iğtişaşlara hazırlıqda ittiham olunurlar.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, həmin şəxslərin Tbilisdə Qriqol Vaşadze tərəfdarlarının aksiyasında dava salması gözlənilirdi.

Ukrayna ordusunun polkovniki Vyaçeslav Vlasenko təxribatların Mixail Saakaşvilinin puluna təşkil olunacağını deyib.

“Həmin aksiyalarda atəş açılması planlaşdırılırdı. Müxalifət sonradan həmin cinayətdə güc strukturlarını ittiham edəcəkdi”-deyə Vlasenko fikirlərini tamamlayıb.

Şərhlər

Vətəndaş 2018-12-10 14:59:24

Bu da Saakaşvilinin iç üzü.Əslində o pullarr Saakaşviliyə ağaları tərəfindən verilmiş pullar olub.Saakaşvili ilk dəfə Gürcüstan prezidenti seçildikdən sonra o vaxt ki,Baş Nazir Vaja Lvaniyanın Azərbaycanlı dostu ilə birlikdə ölməsi əsil müəmma idi.Əsas məqsəd isə Gürcüstanda aranı qarışdırıb Azərbaycanlıları oradan qovmaq idi.Ancaq bu planı çızanın arzusu ürəyində qaldı.O planın baş memerı isə hamıya bəllidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol