Menu

Qərb Qafqazda yeni müharibə ocağı gözləyir

11.08.2014, 16:57
Qərb Qafqazda yeni müharibə ocağı gözləyir

Almaniyalı deputat Qərb və Rusiya Ermənistana təzyiqlərini gücləndirməli olduğunu deyib

Almaniya Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz üzrə Parlament qrupunun sədri, millət vəkili Yohannes Kahrs (SPD fraksiyası) Almaniyanın “Hauptstadt İnseder” nəşrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bəyanatla çıxış edib.

Almaniyalı deputat Qərb və Rusiya Ermənistana təzyiqlərini gücləndirməli olduğunu deyib:

“Artıq bir neçə gündür ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təmas xəttində atəşkəs rejiminin mütamadi pozulması ucbatından günahsız insanlar həlak olur. İyirmi bir ildir ki, BMT vasitəçilik etməyə çalışır.

BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini rəhbər tutan beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ və 7 ətraf rayondan Ermənistan işğalçı qüvvələrinin dərhal çıxarılmasını tələb edir.

Amma bu məsələdə heç bir müvəffəqiyyət əldə olunmayıb. Son əsgər ölümlərindən sonra, Qərb dövlətləri ilə Rusiya gərək bu qeyri-qanuni işğala son qoyulması üçün Ermənistana təsir imkanlarını gücləndirməlidir".

Deputat bildirib ki, əks halda Qafqazda növbəti müharibə ocağı ilə üzləşməli olacağıq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol