SAHİBKARLAR VERGİ HÜCUMUNA HAZIRLAŞIR!? -   Vergi Məcəlləsinə yeni dəyişikliklər nə vəd edir?

Cərimələrin və rüsumların artırılması vergi güzəşti sayıla bilərmi?

Fazil Məmmədovun gedişindən sonra vergi orqanının sahibkarlara münasibətində müsbət mənada ciddi dəyişikliklərin olduğunu etiraf etməmək insafsızlıq olardı. Xüsusilə də "krışasız" kiçik sahibkarlar artıq xeyli müddətdir ki, vergi əməkdaşı görəndə dizlərinin əsməsi, rənginin ağarıb-saralması sindromundan qismən qurtulublar. Lakin onların daxilindəki sək-səkə hələ də öz yerini stabil və şəffaf münasibətlər sisteminə söykənən rahatlığa verə bilməyib.

Məsələ ondadır ki, Mikayıl Cabbarovun təyinatından sonra əvvəllər sahibkarlara qarşı əsl repressiya aparatı rolu oynayan vergi orqanı xeyli yumşalma və sivil münasibətlər mərhələsinə qədəm qoysa da, bunun nə vaxtadək davam edəcəyi çoxları üçün bəlli deyil. Yeni nazirin gəlişindən bu yana ciddi vergi islahatları və sahibkarlara əhəmiyyətli güzəştlər olunacağına dair o qədər fikirlər səsləndirildi, vədlər verildi ki, hətta Azərbaycanda tezliklə “vergi cənnətinin” yaranacağına ümid edənlər də tapıldı. Ancaq zaman keçdikcə və xüsusilə də bugünlərdə Vergi Məcəlləsinə dəyişikliklər təsdiqləndikdən sonra sahibkarların ümidlərinin əsas etibarilə doğrulmadığı məlum oldu.

Yanvarın 1-dən verginin "səlib yürüşü" başlayacaq?

Təsadüfi deyil ki, hazırda sahibkarların çoxu yanvar ayından etibarən vergi orqanı tərəfindən "səlib yürüşünün" başlanacağından ehtiyat edirlər. Sıradan bir sahibkar hələ də düşünür ki, məsələn neftin dünya bazarında qiymətinin düşməsindən tutmuş, büdcənin doldurulması ilə bağlı problemlərin yaranması, yaxud ölkəmizdə hansısa beynəlxalq tədbirin keçirilməsilə bağlı hökumətin xərclərinin artması kimi məsələlər istənilən an vergi əməkdaşlarının "hücuma keçməsinə" səbəb ola bilər. Çünki İllərin təcrübəsi onu bu cür düşünməyə vadar edir. Bunun aradan qaldırılması üçün isə sözsüz ki, ilk növbədə elə bir mükəmməl qanunverici baza, həmçinin ədalətli məhkəmə sistemi olmalıdır ki, məhz sahibkarın özü şəffaf fəaliyyət göstərməkdə maraqlı olsun və heç bir vergi əməkdaşı ona qarşı hansısa qanunsuz tələb irəli sürə bilməsin.

Məhkəmələrlə bağlı vəziyyətin nə qədər acınacaqlı olduğu məlumdur və məsələnin bu tərəfini bir kənara qoyaq. Bəs vergi qanunvericiliyi? Məlum olduğu kimi, 2019-cu ilin yanvarından etibarən Vergi Məcəlləsinə edilən yeni dəyişikliklər qüvvəyə minmiş olacaq. Artıq xeyli müddətdir ki, bu dəyişikliklərlə bağlı mətbuatda və sosial şəbəkələrdə pərakəndə şəkildə müzakirələr aparılır, ekspert rəyləri söylənilir. Lakin bu dəyişikliklərdən ən az xəbəri olan onların birbaşa aid olduğu sahibkarların özləridir. Təəssüf ki, bu sahədə təbliğat və təşviqat işi lazımi səviyyədə qurulmayıb. Və görünür, həmişə olduğu kimi, sahibkar həmin yenilikləri yalnız "öz dərisi üzərində hiss etdikdən sonra" mənimsəyə biləcək.

Dəyişikliklərin məğzinə gəldikdə isə nazirliyin departament rəhbəri Samirə Musayeva mətbuata açıqlamasında onların 5 istiqamət üzrə - sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni veriləcək vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi üzrə olacağını bildirib. Təbii ki, Burada sahibkarlığın dəstəklənməsi və vergi güzəştləri kimi müddəalar sahibkarı ən çox maraqlandıran məqamlardır. Ancaq görək reallıqda bu dəstək və güzəştlər nədən ibarətdir.

Hökumət tərəfindən ən böyük güzəşt kimi qeyri-neft sektorunun özəl bölməsində çalışan və aylıq əməkhaqqı 8000 manata qədər olan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi üzrə 100 faizlik güzəşt göstərilir. Bu o deməkdir ki, sahibkarlar muzdlu işçilərinə görə 14 faizlik gəlir vergisindən azad olunublar. Ancaq bunu böyük bir vergi güzəşti kimi təqdim etmək bir qədər qeyri-səmimi yanaşma təsəvvürü yaradır. Məsələ ondadır ki, indiyə qədər sahibkarlar qeydiyyata qoyduqları işçilərin əmək haqlarının 173 manatdan yuxarı hissəsinin 14 faizini gəlir vergisi olaraq ödəyirdilər. Əmək haqları isə əksər hallarda yüksək olsa da belə, rəsmən 180-200 manat göstərilirdi. Bəziləri hətta hesabatlarda 140-150 manat əmək haqqı qeyd edirdilər. Deməli, məsələn rəsmən əmək haqqı 180 manat göstərilirdisə, 173 manatın üzərindəki 7 manatın 14 faizi, yəni ki, 98 qəpik vergi kimi büdcəyə ödənilirdi.

Sahibkarların da böyük hissəsi hesabatlarında məhz 180, yaxud maksimum 200 manat əmək haqqı göstərirdilər. Nəticədə hər işçiyə görə 1-3 manat gəlir vergisi ödənirdi ki, bu da sahibkarın xərcləri siyahısında olduqca əhəmiyyətsiz bir rəqəmdir. Bunu nəzərə aldıqda, 8000 manatadək maaşı olanların gəlir vergisindən azad edilməsinin sahibkarlara böyük güzəşt kimi təqdim olunması bir qədər qeyri-ciddi görünür. Yəqin elə buna görədir ki, nazirliyin sözçüsü bu güzəştin büdcəyə vergi daxilolımalarına təsirini şərh edərkən bildirib ki, burada ciddi azalma müşahidə olunmayacaq.

Söhbət vergi daxilolmalarından düşmüşkən, bir haşiyə çıxmaq istərdik. Biznes dairələrinə yaxın mənbələr bildirirlər ki, hazırda vergi orqanları proqnozları daha çox iri müəssisələrin cərimələnməsi və "yüklənməsi" hesabına yerinə yetirməyə çalışırlar. Məsələn, NZS kimi tanınan pivə zavodu, tanınmış bir kulinariya mağazaları şəbəkəsi və digər bu kimi iri müəssisələrdə uzun müddətli vergi yoxlamaları aparılıb və büdcəyə ciddi məbləğdə daxilolmalar təmin olunub. Ancaq bu tip yoxlamaların tezliklə orta və kiçik sahibkarlara da tətbiq edilməyəcəyinə heç kim təminat verə bilməz...

Yenə cərimələr, yenə hədə-qorxu dili...

Əvəzində cərimələr bölməsində hər şey “qaydasındadır”. Yenə sahibkarla “güc dilində danışmağa” üstünlük verilir. Yenilənmiş məcəllədə kassa çekindən istifadə etməməyə görə cərimələr bir neçə dəfə artırılıb. Əgər əvvəl nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat, ikinci dəfə yol verildikdə 800 manat, üç və daha çox dəfə yol verildikdə isə 1200 manat məbləğində cərimə tətbiq edilirdisə, artıq bu cərimələr birinci dəfə 1000 manat, ikinci dəfə 3000 manat, üç və daha artıq hallarda isə 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutur. Bu o deməkdir ki, həmin cərimələr 2.5-5 dəfə(!) artırılıb.

Xatırladaq ki, hər dəfə Vergi Məcəlləsinə əsaslı dəyişikliklər edilərkən, kassa çekləri və işçilərin qeydiyyatı ilə bağlı cərimələr artırılıb. Ancaq təcrübə göstərir ki, bu cəza üsulu gözlənilən nəticəni vermir, yenə kütləvi şəkildə pozuntular müşahidə olunmaqdadır. Deməli, hansısa başqa vasitə tapılmalı idi, ancaq görünür yenə ən asan və qeyri-effektiv yola əl atılıb. Digər tərəfdən isə kassada oturan işçinin səhlənkarlıqdan, ehtiyatsızlıqdan və digər müxtəlif təsadüflərdən irəli gələrək, ən azından çek vurmağı unutması mümkündür. Bu halda şəxsən özünün heç bir günahı olmayan sahibkar birdən-birə 1000 manat cərimə ödəməli olur.

Onu da nəzərə almaq lazımdır ki, ölkəmizdə adı sahibkar olsa da, mağazasında toplam 1000 manat, yaxud 3000-6000 manatlıq malı olmayan insanlar var. Belələri bu cür yüksək məbləğli cərimələri necə ödəyəcəklər? Bir də ki, maraqlıdır, ümumiyyətlə bu cərimələr müəyyən edilərkən hansı kriteriyalar əsas götürülür? Məsələn, ölkə üzrə minimum əmək haqqımı, əhalinin gəlirlərimi, hətta Ümumi Daxili Məhsulmu və s. Bildiyimizə görə, müsbət mənada heç bir göstərici üzrə Azərbaycanda 2.5-5 dəfəlik artım yoxdur. Belə olan halda necə olur ki, təkcə vergi deyil, digər sahələr üzrə də cərimələr və rüsumlar durmadan, özü də dəflərlə artırılır?

Sadədən mürəkkəbə...

Yenilənmiş məcəllənin əsas istiqamətlərindən biri də sadələşdirilmiş verginin sıradan çıxarılması və Əlavə Dəyər Vergisinin(ƏDV) əhatə dairəsinin genişləndirilməsidir. Ancaq işin fəlsəfəsi budur ki, hazırki şərtlər daxilində sadələşdirilmiş verginin aradan qaldırılması cəhdi ilə hökumətin kiçik və orta sahibkarlığın inkişafı strategiyası arasında ziddiyyət görünür. Belə ki, indiyə qədər illik dövriyyəsi 200 min manatı keçən sahibkarlar 6 faizlik sadələşdirilmiş vergi ödəyicisi ola bilirdilərsə, hazırda bu müddəa aradan qaldırılıb və həmin şəxslər avtomatik olaraq, ƏDV ödəyicisinə çevriləcəklər. İctimai iaşədə isə həmin göstərici 8 faiz olaraq saxlanılıb.

 

Lakin əksər ekspertlər və sahibkarlar sadələşdirilmiş verginin ƏDV ilə əvəzləməsinin hökumət üçün sərfəli olacağını, kiçik və orta sahibkarlığa isə zərər vuracağını düşünürlər. Çünki ƏDV ödəyicisi olmaq biznesin iş yükünü artırır və əlavə xərclərə yol açır. Əlbəttə ki, ölkə qanunları normal işləyərsə, ƏDV ödəyici olmağın öz üstünlükləri var. Belə ki, əgər sadələşdirilmiş vergi ödəyicisi qazancının olub-olmamasından asılı olmayaraq, dövriyyəsindən birbaşa faiz ödəyirsə, ƏDV ödəyicisi gəlirindən vergi verir. Ancaq yenə də altını cızaraq qeyd edirik - qanunlar işləsə və hamıya eyni dərəcədə aid edilsə!

Bugünkü Azərbaycanda isə hələ də qaydalar bütün bazar iştirakçıları üçün eyni dərəcədə tətbiq olunmadığından, həmin dəyişikliklər "krışalıların" çiçəklənməsi, sahibsizlərin isə müflisləşməsinə səbəb ola bilər. Ya da ən azından effekt verməyə bilər.

Bununla yanaşı, nəzərə alınmalıdır ki, hazırda sahibkar bazardan aldığı ərzağa, yaxud da "Sədərək", "Binə" və digər iri ticarət mərkəzlərindən topdan aldığı mallara görə satıcıdan heç bir ciddi vergi sənədi ala bilmir. Belə olan təqdirdə, sahibkar necə üzləşdirmə aparacaq və xərclərini necə göstərə biləcək? Demək istədiyimiz odur ki, mövcud şərtlər daxilində sahibkarı sadələşdirilmiş vergidən zorla ƏDV-yə keçirmək gözlənilən effekti verməyə, əvəzində onun xərclərini artıra və sənədləşmə, mühasibat işini ağırlaşdıra bilər. Onu da qeyd edək ki, ƏDV ödəyiciləri hər ay hesabat verməli olurlar və onların vergi orqanının yoxlamalarına tez-tez tuş gəlməsi də qaçılmazdır. Nəticədə yeni dəyişikliklərin hətta sadələşdirilmiş vergi ilə işləyən kiçik və orta müəssisələri sıradan çıxarması da mümkündür. Əvəzində həmin dəyişikliyin böyük şirkətlərin fəaliyyəti üçün yeni imkanlar açması gözlənilir.

Azərbaycanda “vergi cənnəti” olmayacaq

Bütün yuxarıda qeyd etdiklərimiz və yeni məcəlləyə daxil edilən bir sıra digər müddəalar bir daha göstərir ki, ölkəmizdə vergi mühiti nisbətən yumşalsa da, idealdan çox-çox uzaq olaraq qalacaq. Sözsüz ki, bizim vergi ödəyiciləri də mükəmməllikdən xeyli uzaqdırlar. Bəlkə də nə vaxtsa onlar da qanunlara daha çox hörmət edəcək, könüllü olaraq borclu olduğu vergini qəpiyinədək ödəyəcəklər. Ancaq bunun üçün vergi ödəyicisi də arxayın olmalıdır ki, qanunlar hamı üçün eynidir, onun büdcəyə ödədiyi vəsait isə sonradan kimlər tərəfindənsə oğurlanmayacaq və onun övladının təhsilinə, vətəninin müdafiəsinə, yaxud hansısa infrastruktur layihəsinin, yaxud sosial əhəmiyyətli obyektin tikintisinə xərclənəcək, həm də şəffaf şəkildə...

Hələliksə Vergi Məcəlləsi ətrafında baş verənlər onu göstərir ki, neft ölkəsi olan Azərbaycanda yaxın müddətdə "vergi cənnəti" olmayacaq.

E.Qüdrətoğlu

AzPolitika.info

Şərhlər

Kərəm 2018-12-11 09:10:23

VERGİ NORMAL ORQANA ÇEVRİLİBSƏ 1-Cİ RÜŞVƏTXOR TALANÇI MƏMURLARDAN MİLYONLUQ MİLYARDLIQ PULLARA,OBYEKTLƏRƏ,ƏMLAKLARA YARIM MİLYONLUQ MAŞINLARADA GÖRƏ DEKLARASİYA TƏLƏB EDİR. ETMİRSƏ DEMƏLİ NƏ OLSA KASIB TƏBƏQƏYƏ OLACAQ.

o.b.n 2018-12-11 09:10:23

Yırtıcıların yediyi yeri kim doldumalıdır? Vergi ödəyiciləri.Ayının min oyunu var,bir armudun başında.Heç görmüsünüz hökümət və ya parlamet qoyulan özəlləşdirmə Çekinin talehi haqda bir qərar çıxarsın?Ancaq cərməni,vergini artırırlar.

arzu qizim 2018-12-11 09:10:23

deyirsiz bu gedeninde dedesine rehmet oxuyacaq mezlum millet

Sahibkar 2018-12-11 09:10:23

Vergilər nazirliyi də Təhsil nazirliyinin gününə düşəcək.Yaxşı neç nə gözlənilə bilməz.Sadəcə kadrlar dəyişib,daha qəliz olacaq.Ehtiyatlı olmaq,mümkün olsa müvəqqəti işi saxlamaq məsləhətdir.

Lerikden Memmedhesen emi 2018-12-11 09:10:23

Azerbaycan xalqi bir weyi bir defelik bawa duwmelidir ki, hokumetin qebul etdiyi istenileen qerar, serencam, ferman hetda qanun bele xalqin ancaq ziyaninadir vesslam..

Vasif 2018-12-11 09:10:23

OLİQARXLAR, TALANÇI MƏMUR SAHİBKARLAR, VARLI SAHİBKARLAR,HANSISA MƏLUM REGOİNDAN OLANLAR,HANSISA KLANANLARA HEÇ NƏ OLASI BEYİL. ƏZİYYƏT ÇƏKƏN KİMSƏSİZ,KRIŞASI OLMAYANLAR,VƏ KİÇİK SAHİBKARLAR OLACAQ. AZƏRBAYCANDA QANUNLAR HƏR SAHƏDƏ ANCAQ KASIB TƏBƏQƏYƏ TƏTBİQ EDİLİR.

Abit 2018-12-11 09:10:23

cehenneme,ne faydası

Cəmşid Dərələyəzli 2018-12-11 09:10:23

Bütün bunlar çox yaxxş. Indi gəlin görək 01 yanvardan bu dəyişiliklər effek verəcəkmi. Bir mütəxəssis olaraq qeyd edim ki, qismən.. Çünki, vergidə islahatları aparmaq üçün, öncə mövcud vəziyyət dərindən öyrənilməli , təhlil olunmalı sonra dəyişiliklər aparılmalıdır. Bu təhlillər nəzəri əsaslara yox praktiki əsaslara söykənməlidir. Vergilər Naziri cənab Mikayıl Cabbarov təyin olunduqdan bir ay sonra mövcud problemlərlə bağlı 16 adda məsələ və bununla bağlı təkliflərimi rəsmi və şifahi olaraq (nazirlikdə iki aparıcı əməkdaş tərəfindən qəbul edilib dinlənillərək) bir başa Nazirə təqdim etdim. Eyni zamanda da Nazirlikdə cari ilin yanvar ayında keçiriləcək konfransa dəvət olunmağımı xahiş etdim. Nədən isə edilmədim. Özü də bildilər ki, mən beynəlxalq səviyyəli maliyyəçi olaraq Nazirlər Kabineti tabeliyindəki strukturlardan birində 10 il yaxın baş maliyyəçi və baş mühasib işləmişəm və hesabatlarımı da Dünya Bankın, Maliyyə Nazirliyinə və Nazirlər kabinetinə vermişəm. Ümumilikdə isə vergi və uçot sahəsində 30 ildən çox təcrübəm var. Yəni sıradan bir vətəndaş deyildim. Qaldərdərdəğım məsələlərdən bir neçəsi haqqında. Öncə bütün sahibkarlıq sahəsində uçot və hesabatların yenidən qurulması üçün Sahibkarlara uçot amnistiyası verilsin. Ən əsası da onların balanslarında olub, anbarlarında olmayan mal qalıqları barədə. Çünki, keçmiş illərdə vergi vergini sahibkarlardan illlik dövrüyyələrinə görə tam almışdı. Təbi ki, bu geniş bir mövzu. İkincisi uçotu yenidən qurmaq üçün nazirlik sahibkarların baş mühasiblərini testdən keçirib təsdiq etsin. Yəni ixtisaslı kadrlarla təmin olunmalarını saxlasın. Onu da bula biləcəklərsə əgər. Yaxınlarda Milli Məclisi İqtisadiyyat komisyyasında Maluyyə Nazirinin müavini dedi bu uçotu qurmaq üçün 11000 baş mühasibə ehtiyac var. Yeni dəyişiliklərlə sadələşdirilmiş vergi ödəyiciləri də bura qatıdıqda sanıram bu rəqəm bəlkə də 20000 ötəcək. Ikincisi illərdir Azərbaycan da ikili uçotun formalaşdırılmasında stimul rolunu oynamış bəzi vergi növləri üzrə vergi dərəcələrinin hiss olunacaq qədər bəlli bir zamanadək azaldılası. Üçüncüsü Kömrük xidmətinin ləğv edilərək səlahiyyətlərinin Vergilər Nazirliyinə daxil edilməsi və idxal ixrac rüsumlarının yığılmasını Asan xidmətlərə verilməsi. Dördüncüsü sahibkarlara vergi orqanlarından kənar aidiyyatı olmayan idarəetmə orqanları əməkdaşlarının müdaxiləsini dayandırmaq, bu barədə də təklifimi vermişdim. İnşallah Cənab Prezidentin bu məsələdə qətiyyəti sonda öz sözünü deyəcək və nə vaxtsa bu sadalanan problemlər öz həllini tapacaq. Elə bir həll ki, sonda Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün münbit bir şərait və vergi ödənişində könüllülük prinsipi bərqərar olacaqdır.

Həmid Hüseynov 2018-12-11 09:10:23

Bu gün Azərbaycanda 50 yaşından yuxarı insanları əmək müqaviləsi ilə işə götürmürlər(saytlarda iş elanlarına baxın) Təcrübəli mütəxəssislər xidməti müqavilə ilə haradasa iş tapıb 4% sadələşmiş vergi ödəməklə fəaliyyət göstərirdilər. 1000 manat xidmət haqqı üçün 40+26+10=76 manat öhdəlik yaranırdı. 01.01.2019-cu ildən isə 1000 manat xidmət haqqı üçün 250man DSMF+50 man Vergi+10 man nağdlaşdırma=310 manat öhdəlik. Belə haqsızlıq hansı ölkənin qanunvericiliyində ola bilər?Zəhmət haqqımızın 1/3-ni alırsız.

rashad Haciyev 2018-12-11 09:10:23

yazıb demək istərdim ki.deyirlər düzəlib bəs onda vergi işçisinin maaşı 500 qeyri rəsmi 1800 azndir.Vergi düzəlib yalnız sənəd üzərində .Bütün iri marketlərin adicə bir dükanın başında vergi məmuru oturub tas alır .Niyə görə biz ödənişi telefon vasitəsi ilə edə bilmirik Çindəki kimi We chat vasitəsi ilə ?? Girirsən dükanı deyirsən kartla ödəmək istəyirəm deyir post terminal xarabdır .nəyə görə ona görə ki Vergiyə inanmır .

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.