Menu

“Rusiyaya qoşun göndərmək Şimali Koreyanın ideyası idi” - ABŞ nəşri

23.12.2024, 16:22
“Rusiyaya qoşun göndərmək Şimali Koreyanın ideyası idi” - ABŞ nəşri

Ukrayna ilə müharibədə kömək üçün Rusiyaya qoşun göndərmək Şimali Koreyanın ideyası olub.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-nin “New York Times” nəşri məlumat yayıb.

Qeyd olunur ki, Amerika rəsmiləri Kim Çen Inın bunun müqabilində Rusiyada dərhal nəsə bir şey aldığına inanmırlar. Bildirilir ki, Şimali Koreya bunun əvəzində gələcəkdə Rusiyadan diplomatik dəstək, böhran vəziyyətlərində yardım və texnologiya sahəsində kömək alacaq.

ABŞ rəsmiləri həmçinin bildiriblər ki, Şimali Koreya əsgərlərinin nə dərəcədə təsirli olması aydın deyil.

Qeyd edək ki, Şimali Koreyanın Rusiyaya 10-12 min arası hərbçi göndərdiyi bildirilir.

“AzPolitika.info”

Şərhlər

Serqey Polyakov 2024-12-23 16:46:53

RF Kremli 70 illik Sovet Sosialist sərvəti-mülkiyyətini xüsusilə xarici özəllərə verdikdən sonra tərksilah olmuş Ukraynadan təpər-dəstək savaşına məcbur qaldığı halda Koreyə nə verə bilər ki? İki dövlətə borclu qaldığı güc sərvətindənmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol