Menu

AGENTLİK RƏİSİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Nazir əmr imzalayıb + FOTO

14.12.2024, 20:18
AGENTLİK RƏİSİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Nazir əmr imzalayıb + FOTO

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin (NRFTDA) rəisi Nicat Əliyev vəzifəsindən azad edilib.

"AzPolitika"nın "qaynarinfo"-ya istinadən verdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Əliyev Nicat Novruz oğlu bu vəzifəsindən azad edilib və yerinə Murad Paşayev təyin olunub.

Nicat ƏliyevQeyd edək ki, Nicat Əliyev 2022-ci ilin noyabr ayında sözügedən vəzifəyə təyin edilib. Nicat Əliyev həmçinin Fövqəladə Hallar Nazirliyinin ləğv edilən Dövlət Material Ehtiyatları Agentliyinin rəisi vəzifəsində çalışıb. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol