Tovuz sakini Eldar Səfərov deyir ki, bu yaxınlarda kreditlə məişət əşyası almaq üçün elektronika məhsullarının satıldığı mağazaya müraciət edib. Amma ona kreditlə məhsul satmayıblar, bildirilib ki, bank yaşı 70-i keçmiş şəxslərə kredit verməyi qadağan edir. Kommersiya banklarına bu qadağanı isə Azərbaycan Mərkəzi Bankı qoyub…
Azərbaycanda kişilər və qadınlar üçün pensiya yaşı 65-dir. 25 il əmək stajı və ya 40 min manatdan artıq pensiya kapitalı olan vətəndaşlara yaşa görə əmək pensiyası verilir. Bu göstəriciləri olmayanlar isə yaşa görə sosial müavinətlə təmin olunur. Müavinətin miqdarı da ölkə üzrə yaşayış minimumundan 60 manat az – 220 manat təşkil edir.
Beləliklə, bankların 70 yaşı keçən vətəndaşa kredit verməməsi, dolayısı ilə onların krediti qaytarmaq müddətində yaşamasına inamının olmaması ilə bağlıdır. Təbii ki, Mərkəzi Bank öz işini ehtiyatlı tutub, Dövlət Statistika Komitəsinin elan etdiyi orta ömür uzunluğuna inanmır, real durumu əsas götürür. Komitənin avqust ayında açıqladığı məlumata görə, ötən il Azərbaycanda doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 73.5 il, qızlar üçün isə 78.4 il müəyyən edilib. 2022-ci ildə doğulanlarla müqayisədə ötən il kişilər üçün gözlənilən ömür uzunluğu azalıb, qadınlar üçün isə dəyişməz qalıb. Belə ki, 2022-ci ildə doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 73.6 il olub.

2024-cü ilin məlumatına görə, Azərbaycanda yaşı 100 və 100-dən çox cəmi 270 nəfər pensiyaçı var. Onlardan 234 nəfərini qadın, 36 nəfərini kişi təşkil edir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə parlamentdə büdcə müzakirələri zamanı başqa rəqəmlər səsləndirib. “Pensiya sistemi sığorta sistemidir. Bu 12 illik dövr üzərindən hesablanmış mexanizmdir. Bu gün Azərbaycan pensiyaçılarının pensiyada olma müddəti 14,8 ildir. Bu özü göstərir ki, bizim pensiya sistemimiz sosialyönümlüdür. 57% yaşa görə pensiyaçılarımız 12 ildən artıq pensiya alır. Amma biz hər zaman qeyd edirik ki, pensiya sistemi dayanıqlı olmalıdır”.
Nazirin təqdim etdiyi rəqəmlərdən belə məlum olur ki, Azərbaycanda orta ömür 80 yaşa çatır (65+14.8= 79.8). Yəni 65 yaşda pensiyaya çıxmış vətəndaş orta hesabla 15 ilə yaxın pensiya və ya müavinət alır. Sahil Babayev iddia edir ki, ölkədə orta ömür DSK-nın göstərdiyi kimi 73-74 yaş deyil, 5 il daha uzundur.
Nazirin bu rəqəmləri hansı mənbələrdən götürdüyü məlum deyil, çünki özü açıqlamayıb. Amma Azərbaycanda vətəndaşın 14.8 il pensiya ömürünün olması, yumşaq desək, doğru deyil. Bunu başqa statistik məlumatlar da təsdiq edir.
DSK-nin məlumatına görə, Azərbaycanda ötən il ərzində 60 810 nəfər vəfat edib. Dünyasını dəyişənlərin 33 157 nəfərini kişilər, 27 653 nəfərini isə qadınlar təşkil edib. Kişilərin 47,8%-i və ya 15 min 872 nəfəri 65 yaşına, yəni pensiya yaşına çatmadan ölüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin oktyabr ayına olan məlumatına görə, ölkədə 188 600 nəfərdən çox şəxsə ailə başçsını itirdiyinə görə müavinət ödənilir. Dolayısı ilə bu müavinət övladları 18 yaşa çatmadan vəfat edən valideynlərin təxmini sayını göstərir.
Təəssüf ki, Statistika Komitəsi 65-70 yaş aralığında vəfat edənlərin statistikasını açıqlamır. Amma bu sirr deyil, ətrafımızda baş verən insan ölümlərinin yaş həddi məlumdur, nadir hallarda dünyasını dəyişən vətəndaşın yaşı 75-i haqlayır. Əksəriyyət daha erkən yaşlarında müxtəlif xəstəliklərdən həyatdan gedir.
Əlbəttə, Azərbaycanda 14.8 il və daha artıq pensiya alanlar da var, amma onların sayı elə cənab nazirin özünə də məlumdur - heç beş faiz təşkil etmir. O zaman sual olunur: Sahil Babayev Milli Məclisdə, cəmiyyətin gözünün içinə baxıb həqiqətlə uyğun olmayan məlumatları neə səsləndirə bilir? Ritorik sualdır...
Təəssüf doğurdan haldır ki, Əmək və əhalinin sosial müdafiəsi naziri büdcə müzakirələrində, pensiya, müavinətlərlə bağlı məsələlərdə radikal yanaşma sərgiləyir. Bu radikallıq isə daha çox vətəndaşlara qarşı yönəlib. Sahil Babayev nə parlamentdə, nə də hökumətdə məsul olduğu sahədə problemlərin dövlətin daha çox dəstəyi, qayğısı ilə həll edilməsini təklif etmir, əksinə, “insan yoxdursa, problem də yoxdur” məntiqindən çıxış edir. O, mövqeyini nə qədər qanunçuluq, şəffaflıq prinsiplərini rəhbər tutmaqla cilalamağa çalışsa da, cəmiyyət nazirin mövqeyindəki antihumanist yanaşmanı dərhal sezir. Nazirə qarşı ictimaiyyətin hədsiz neqativ münasibəti də bununla bağlıdır, o daim sosial şəbəkələrdə sadə vətəndaşların sərt tənqid hədəfinə çevrilir.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Bəlkə məlumatları öz qohum- əqrəbalarından götürür.
Hər şeyi bilsən tez qocalarsanİmkan ver Babayev qatıqlasın.Belə tipləri ortaya çıxaranlar utansın.
Bunlar hər hansı rəqəm hazırlayanda görəsən ayın 30-32 gün olduğunu,kommunal xərclərin.insanın yaşamasına səhiyyə,geyim,ərzaq normaların nə qədər (heç olmasa minimum )olduğunu bilirlərmi?Əgər bilirlərsə və bunu hesablamaq qabiliyyətləri varsa onda bu müavinət və pensiyaların miqdarı niyə 3-4 dəfə r aşağıddər? Bunu görən və bilən yetkililərin,guya xalqı təmsil tdiklərini hesab edən deputatların səsi niyə çıxmır?Niyə bu ölkədə hesab-kitab yoxdur?Axı normal idarəilikdə belə səhlənkarlıqlar olmur.Nazir əə utanmadan humanistlikdən,reallıqdan danışır.Bunlarn təməli yalanla qurulub?
Məlumdur ki,2025 ildə pensiyalara veriləcək artım 8% olacaqdır.Bu artım bütün pensiyəçilərə eyni olacaq. Məlum olduğu kimi pensiyaların miqdarına göre bütün pensiyaçıları təqribən 3 əsas qrupa bölmək olar: az pensiye alanlar(280-350 m/ay),orta dərəcədə pensiyə alanlar (350-1000 m/ay) və nəhayət yüksək pensiyə alanlar( 2000-3500 m/ay və üzəri). Sosyal edaləti cəmiyyətdə və pensiyaçılar arasında bərpa etmək üçün dövlətin 2025-ci ildə pensiyə artımı üçün ayırdığı məbləği aşağıdakı % artımına görə bölünsün:-az pensiya alanlarda olan artım 25%, orta derəcəde pensiya alanlarda arim 12.5%, yüksək dərəcədə pensiya alanlarda artim 3 % olsun .
en pis imic formalasdirmis NAZIR
Hayif. !!!
Ne gozleyirdiz ki sahil babayev cixib xalqa duz danisacaqdi ki
Xalqi bu qeder əzmək olmaZ!
Hörmətli Azpolitika, sizdən israrla xahiş edirik ki, sözügedən şəxsin şəklini manşetdən dərhal yığışdırasınız. Çünki sözün həqiqi mənasında bu adamın simasına baxmaq dözülməzdir.
Rasim Əliyevə təşəkkür edir, minnətdaram!
Bayden üçün çalışır
14,8 il yox 24,8 il desə nə dəyişəcək ki? Heç kim onu bu yalan məlumata görə nə qınayacaq, nə də buna görə ona cəza veriləcək. Bu qədər bəsit ..
Burda aydın olmauan nə var ki? Səhərdən axşama qədər televiziyada.mətbuatda.saytlarda məmurlar yalan danışır.Bu da onlardan bir ! Sanki təzə hal ortaya çıxıb?Səhər axşam utanmadan televiziya ekranlarında inkişafdan,həyat şəraitinin yaxşılığından danışanlardan Babayevin nəyi əskikdir.Bu da onlardan biri..Bunlarayalan danışmaq,xalqı aldatmaq çürümüş sistemin yarımçıq siyasətinin nəticəsidir.Allah millətə yardımçı olsun!
Tamamilə doğru təhlildir. Mən 2021-ci ildə bu və başqa allahsızlıqlarla bağlı 117 rəsmi müraciət etmişəm. Orta ömür uzunluğunu, 144 rəqəmini havadan götürüblər. Ğslində mən çıxanda orta ömür 71,3 il idi. pensiya yaşına çatmayan və 77 ili yaşamayanların fərdi kapitalı, 77-ni keçənlərə verilən vəsaitdən on minlərlə dəfə çox deyilmi?? Allahsızlıq edirlər. Ateist dedikləri Sovetlər bu sosial sahədə S. Babayev və onun kimilərdən qat-qat allahlı idi. Lənətə gəlsinlər.
....bu adamdan humanistlik gözləməyin
Bu naziri xalqın taleyi,güzeranı maraqlandırmır...
Təsadügi və .... şəxsin belə vəzifələrə təyini tamamilə yanlışdır.Hakimiyyət bunu düşünməli və Hüquq mühafizə.sosial sahələrə milli qarşışıqların təyinin dayandırmalıdır.Bu cəmiyyətdə böyük narazılıq və hakimittərə nifrət oyadır.
nazir sahil babayev 48 faiz pensiya yaşına çatmadan ölən insanların kapitalını necə mənimsədiklərindən danışsın.Digər ölkələrdə yığılan vəsait mərhumun ailəsinə qaytarılır.Azərbaycanda vəsaitin hara olduğunu açıqlasın bilək.