Menu

Zina edən qadını daş-qalaq etdilər

11.08.2014, 17:25
Zina edən qadını daş-qalaq etdilər

Suriyada bir qadın amansızlıqla öldürülüb. Lent.az-ın məlumatına görə, Rakka şəhərində Fəddah Əhməd adlı bir qadına zina etdiyi üçün edam cəzası verilib.

Qadının başına qara rəngli torba keçirilib. Sonra şəhərin mərkəzindəki parka gətirilib və belinə qədər torpağa basdırılıb.

İŞİD əsgəri torpağa basdırılan qadının daşlanaraq ölüm qərarını oxuyub. Parka toplanan çox sayda kişi qadını daşlayaraq öldürüb.

Qeyd edək ki, bu gün Suriyada 2-ci belə ölüm cəzası verilir. Təbkə şəhərində də Şamsəh Abdulla adlı bir qadının evlənməmişdən öncə cinsi əlaqədə olduğuna görə, daş-qalaq edilərək öldürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol