Menu

İraqın yeni baş nazirinin adı açıqlandı

11.08.2014, 18:18
İraqın yeni baş nazirinin adı açıqlandı

İraqda yeni hökuməti parlament sədrinin müavini Heydər əl-Abadi quracaq. Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Şiə Milli İttifaqının namizədi Heydər əl-Abadini ölkə prezidenti Fuad Masum baş nazir postuna təyin edib.

Bu arada paytaxt Bağdadda keçmiş baş nazir Nuri əl-Malikinin tərəfdarları etiraz aksiyası keçirirlər. Etirazçılar Nuri əl-Malikinin üçüncü dəfə baş nazir olmasını tələb edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol