“Yuventus” yanvarda “Mançester Yunayted”in futbolçusu Pol Poqbanı komandaya cəlb etmək istəyir.
Qol.az-ın “Tuttosport”a istinadla yaydığı xəbərə görə, Turin klubu sabiq oyunçusu üçün 80 milyon avro ödəməyə hazırdır.
“Mankunyanlar”ın baş məşqçisi Joze Mourinyo ilə yola getməyən fransalı yarımmüdafiəçinin də komandadan ayrılmaq fikrində olduğu bildirilir.
Qeyd edək ki, Poqba 2016-cı ilin avqustunda 105 milyon avro qarşılığında “Yuventus”dan “MY”ə keçmişdi.


Şərhlər