Menu

Çavuşoğlu Lavrovla Bakıda müzakirə etdiyi məsələləri açıqlayıb

14.12.2018, 12:40
Çavuşoğlu Lavrovla Bakıda müzakirə etdiyi məsələləri açıqlayıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 14-də Bakıda rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdə müzakirə olunan məsələləri açıqlayıb.

“Report”un xəbərinə görə, M.Çavuşoğlu deyib ki, rəsmi Ankara ilə Moskva arasında əməkdaşlıq davam edir.

“Bizim bir sıra birgə layihələrimiz var. Qarşılıqlı şəkildə iki ölkə arasında mövcud viza rejiminin ləğvi, konsulluq kimi məsələləri nəzərdən keçirdik”, - deyə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

M.Çavuşoğlu bildirib ki, S.Lavrovla Suriya və bölgəyə dair bəzi məsələləri də müzakirə edib. XİN başçısı deyib ki, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin müxtəlif məsələlərlə bağlı tez-tez müzakirə aparırlar: “Sergey Lavrovla prezidentlərin yeni görüşünün təşkil olunması, Kerç boğazındakı hadisənin yaratıdğı problemlərin həllini də nəzərdən keçirdik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol