Menu

«Makedoniyanın NATO-ya uzv olması bölgəni Rusiyanın şər niyyətindən qoruyacaq» - Pompeo

14.12.2018, 15:20
«Makedoniyanın NATO-ya uzv olması bölgəni Rusiyanın şər niyyətindən qoruyacaq» - Pompeo

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo bəyan edib ki, Makedoniyanın NATO-ya daxil olması bölgəni Rusiyanın «şər niyyətli fəaliyyətindən» qorumağa yardımçı olacaq.

Yunanıstanın xarici işlər nazirinin birinci müavini Yorqos Kanrunqalosla keçirdiyi mətbuat konfransında Pompeo Afina və Skopye arasında bağlanmış sazişi alqışlayıb və bildirib ki, saziş bu balkan ölkəsi ətrafında yaşanan mübahisənin həllinə imkan yaradacaq.

«Bu saziş sizin qonşularınıza NATO-ya və Avropa İttifaqında (Aİ) Şimali Makedoniya Respublikası adı altında daxil olmağa imkan verəcək. O, həm də Rusiyanın şərniyyətli təsirinə qarşı Balkanları daha da möhkəmlədəcək» - Pomeo bildirib.

Rusiya Federasiyası xarici işlər nazirliyi (XİN) isə dəfələrlə bu ölkənin ünvanına ABŞ məmurlarının söylədiklərinə cavab olaraq bildirib ki, «Makedoniyanın daxili işlərinə Moskva yox, məhz Vaşinqton qarışır».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol