Prezident İlham Əliyev “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncamla Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının rəisi Baba Hacı-Baba oğlu Salayevə general-mayor ali hərbi rütbəsi, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi Rüfət Lətif oğlu Fəradova daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilib.


Şərhlər
şukur məsləhətinə.Amma General rutbəsi əl catilmaz bir rutbə olmalidir.General hərbi rutbəsini ancaq və ancaq o adamlar daşiya bilər ki həqiqətən butun zabitlərdən savadli . vicdanli və vətənpərvər olmalidir.İmperiya zabitləri yaxşi bilir ki kim GENERAL OLA BİLƏRDİ.əksər komandir divizayalar polkovnik rutbəsin daşiyirdi və ancaq general almaq onlarin xəyali idi akademiyalari bitirmələrinə baxmayaraq.
Goren neciyedi genral almaq?
General rütbəsinin yalnız hərbi Nazirliklərdə və döyüş şücaiəti göstərilən hallarda verilməsi doöru olar.FHN,Vergi,Ədliyyə və bu kimi yerlərdə ( Yanğın söndürəndən general olar?) general rütbəsi verilməsi absurddur.General çinini hörmətdən salmaq yaramaz.
Çox sağ olun CƏNAB PREZİDENT. Fövqaladə hallar nazirliyinin əməkdaşlarının mərdliyi, cəsarəti nəticəsində hər gün beçə-beçə vətəndaşlarımız çıxılmaz vəziyyətdən qurtularaq ailələrinə sağ salamat təhvil verilir. Bu çətin peşənin əməkdaşlarına uğurlu xidmət ARZU EDİRƏM. Qeyd etmək istəyirəm ki mənim yaxın qohumlarım FHN ƏMƏKDAŞLARININ peşəkar fəaliyyəti nəticəsində sağ salamat ailəmizə təhvil verilib. ALLAH KÖMƏYİNİZ OLSUN CƏNAB PREZİDENT İLHAM ƏLİYEV.