Menu

“DEDİM Kİ, SERJ, QAYTAR 5 RAYONU...” – Lukaşenkodan sensasiyalı açıqlamalar

14.12.2018, 19:18
“DEDİM Kİ, SERJ, QAYTAR 5 RAYONU...”  – Lukaşenkodan sensasiyalı açıqlamalar

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya mediası təmsilçilərilə keçirdiyi mətbuat konfrasında Qarabağ münaqişəsilə bağlı maraqlı açıqlamalar verib.

"AzPolitika" Belarus mətbuatına istinadla xəbər verir ki, Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə birgə dəfələrlə cəhd göstərmələrinə baxmayaraq, Ermənistanın sabiq rəhbərliyini heç cür güzəştə razı sala bilmədiklərini qeyd edib.

Belarus prezidenti bildirib ki, Azərbaycandan fərqli olaraq, Ermənistanın heç cür kompromisə getməməsi münaqişənin uzanmasına səbəb olub. Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla aparılan danışıqlardan söz açan Lukaşenko ondan Dağlıq Qarabağ ətrafındakı 5 rayonu azad etməsini istədiklərini deyib: "Sonra açıq dedim. Qulaq as, onlar dediyi kimi, 7 rayonu işğal etmisiniz. Biz Putinlə konsalidasiya mövqeyi tutmuşuq. Serj, qaytar 5 rayonu. Onları qaytarmamağın səbəbi nədir, onlar boşdurlar..."

Lakin Belarus prezidenti Sarkisyanın müxtəlif bəhanələrlə güzəştdən boyun qaçırdığını qeyd edib: "O dedi ki, rayonları qaytarsam, onlar yolu bağlayacaqlar, Qarabağı işğal edəcəklər və sair. Biz Putinlə dəqiq söz verdik ki, biz qoşunları yeridəcəyik və buna imkan verməyəcəyik (azərbaycanlıların yanında dedik). O isə dedi ki, yox. Biz buna getməyəcəyik, biz bunu istəmirik".

Lukaşenko Sarkisyanın mövqeyini anlamadığını bildirib: "Niyə istəmirlər? 5 rayon boşdur. Bu, birinci addımdır. Bu zaman həm Azərbaycan, həm də Ermənistan KTMT-də və Avrasiya İttifaqında olardılar. Bu şərt daxilində Azərbaycan həmin təşkilatlara daxil ola bilərdi. Niyə ermənilər imtina etdilər? Yaxşı, Belarusu kənara qoyaq, Rusiya sizin də etiraf etdiyiniz kimi, Azərbaycana aid olan rayonların azad ediləcəyi təqdirdə, orada heç zaman müharibə olmayacağına təminat verirdi. Bu, Qarabağa aid deyil".

Belarus prezidenti Ermənistanın bu mövqeyinin onun özünün enerji layihələrindən kənarda qalması ilə nəticələndiyini də vurğulayıb. O deyib ki, Azərbaycan tərəfinin təklifinə baxmayaraq, ermənilər qaz boru xəttinin (Böyük ehtimalla söhbət Bakı-Tbilisi-Ərzrum kəmərindən gedir-red.) Ermənistandan keçməsinə belə, razılıq verməyiblər.

Lukaşenko sonda "onsuz da hər şey nə zamansa sülhlə bitəcək" deyərək, erməni tərəfinin mövqeyini anlamadığını bir daha vurğulayıb.

Cəlal MƏMMƏDOV

Şərhlər

Azad Qrabaglı 2018-12-14 19:18:01

Horməтli Müəllif Cəlal M. və AzPoliтika, açıqlamanız Azərbaуcan xalqının hüquqlarının bir vəтəndaş kimi indi də danışıqlar sтoluna qoуulmadıgını və sepraтca qurban verildiуini gosтərir. Hasarın o уanındakı тerrorçu vəтəndaşları, iki Qarabagın işgalçısı R.Koçəriуan və S.Sərkisуana Azərbaуcan hakimiууəтi isə ("qardaşcasına") mühakimə əvəzinə onlara Ermənisтanın da işgalı şansını verib?

Yengibara 2018-12-14 19:18:01

Yengibar qeyrət özümüzdə olmalıdır Rusiyanın dağılmasını gözləsək heç nə alınmayacaq birdə ki Rusiya dağılsa nə bilirsən ki yaxşı olacaq Amerika Avropaya toxunmur ki Avropada qoşunu varNATO Rusiyaya qarşı Rusiya dağılsa Amerika elə sən qarışıq Avropanı da bir bir udacaq.Bizim millət niyə elə başa düşür ki Amerika yaxşıdır və kömək edəcək.Bizim nəyimiz onların gözündə Kaddafıdən,Bəşir Əsəddən ,Səddam Hüseyndən artıqdır.Bizi də onlar kimi viran edəcəklər.Məncə indi Rusiyadan çəkinirlər.Qeyrət özümüzdə olmalıd

Azad 2018-12-14 19:18:01

NURƏDDİM TAM DÜZ DEYİR. BU KLOUN DEDİYİ QARABAĞI VƏ BİR NEÇƏ RAYONU BİRDƏFƏLİK TAM İTİRMƏKDİR.BİZƏ QARABAĞ LAZIMDIR ERMƏNİSİZ. NECƏ Kİ ONLAR BİZİ YURDUMUZDAN SON NƏFƏRƏ KİMİ QOVDULAR. QARABAQDA BİR ERMƏNİ QALSA PROBLEMLƏR QALACAQ.HƏTDA EREVAN ERMƏNİLƏRİ DƏ GƏLİB OTURACAQLA BAKIDA BÜTÜN HƏR ŞEYİ ALACAQLAR ƏLƏ.ÇÜNKİ BUNU İSTƏYƏNLƏR ONLARA İMKAN VERƏCƏKLƏR.ONA GÖRƏ QARABAĞ MÜHARİBƏ İLƏ ALINMALIDIR. KİŞİ KİMİ QEYRƏTƏ GƏLİB ÖZ TORPAĞIMIZI DÜYÜŞÜB VURUŞUB ÖLÜB ÖLDÜRÜB ALMALIYIQ YA DA Kİ..........

yengibar 2018-12-14 19:18:01

Ay Lukaşenko, elə danışırsan, elə bil o torpaqları Serj alıb ki, o da qaytarsın!Sən yaxşısı budur Putinə de, istəsə İrəvanı da qaytarar Azərbaycana! ... Bütün postsovet xalqlarının azadlıq yolu Rusiyanın dağılmasından keçir.Bu yolda hətta və hətta ermənilərlə də birləşmək olar. Bu gün baltikyanı respublikalar xaric heç bir respublika müstəqil deyildir.Rusiya Qafqazı (Azərbaycan və Gürcüstanı) yenidən zəbt etmək istəyir...

Gülağa 2018-12-14 19:18:01

NURəddin-qardaş fikirlərinizlə razıyam.Lakin bu ziyalılar da bu millətin içərisindən çıxmayıbmı? Yəni ziyallılar millətinə, millət isə ziyalısına layiq daha doğrusu ona oxşamayırmı? Onda ölüm olsun bu millətə ki torpaqlarımızı xiristian birliyi qumara qoyub biz isə susuruq.Qarabağsız bu millət öldü nə olacaq, qaldı nə olacaq.Məncə şərəfli ölüm daha yaxşıdır.Onda bu silahları nə məqsədlə alırıq? Dar gün üçünmü? 25 ildə bizi alçaldan bu qədər təsirli yazı oxumamışdım.Bu səbəbdənmi Qarabağ nitinqinə icazə vermirlər? Niyə ən azından 1 milyon qaçqın qabağa düşüb torpaqlarımızı tələb edə bilmirik.Çünki bunu ürəkdən istəmirik.Nə qədər açı olsa da bu həqiqətdir.Azpoliika x.e. şərhimi verin.

dr.A. 2018-12-14 19:18:01

Bu KİŞİ dünyanın sonuncu YAXŞI İNSANlarından biridir.
Həmçinin, SEVLƏTİMİZ və XALQIMIZa qarşı DOSTLUQ münasibətləri var.

Nə isə... 2018-12-14 19:18:01

Deyilənə görə Lukaşenko sərt sözlərinə görə Paşinyandan da üzr istəyib...)))) Ermənilər bu xəbəri böyük fəxrlə yazırlar....))))) https://rus.azatutyun.am/a/29656391.html

sual 2018-12-14 19:18:01

Sax ol batya sız hec olmasa o rayonun qacqınlarından daha cox narahatsan bunların bası ele qarısıb kı obyekt pul fılan toplamaxa Qarabax yada dusurmu ya

yusif-1313 2018-12-14 19:18:01

Bəs deyilirdi ki hakimiyyət dağliq qarabağ danişiqlarini müvəffəqiyyətlə aparir. 5 rayonu qaytarib rus qoşunlarini Qarabağa buraxmaq və ondan tamamilə əl cəkmək bizim ücün müvəffəqiyətdir yoxsa məglubiyyət?

NURəddin 2018-12-14 19:18:01

Siz bu Belarus dikdatorunun sözlərinə bir baxın əziz həmvətənlər.Deyir ki, biz Putinlə dəqiq söz verdik ki, biz qoşunları yeridəcəyik və buna imkan verməyəcəyik.Yəni Azərbaycanın Dağlıq Qarabağa_öz qanuni ərazisinə girməyə imkan verməyəcəyik.Bu nə deməkdir ay həmvətənlilər?ÖLKƏNİN BÜTÜN ZİYALILARINA ÖLÜM OLSUN!MİLLƏTİMİZİ OLİQARXLAR DEYİL,KORRUPSİONERLƏR DEYİL,ERMƏNİLƏR DƏ DEYİL SEYRÇİ ZİYALILAR MƏHV ETDİ.AZƏRBAYCANI SATQINLAR VƏ SUSĞUNLAR ÖLDÜRDÜ.BAŞLAYAQ ERMƏNİ DİLİ ÖYRƏNƏK.QAPI-PƏNCƏRƏMİZDƏN XAÇ ASAQ.

Müfəttiş 2018-12-14 19:18:01

Abitə. Onlar buna əmin olmasalar danışmazlar. Bir az dirəniş göstərsələr bizimkilər, Qarabağsız da KTMT-na üz olmağa hazırdırlar. Allaha şükür edək ki, ruslar hələlik bunu istəmirlər...

Mehdi 2018-12-14 19:18:01

Serjikinde,seninde ..... Hereniz bir meslehet veren olmusunuz.Sen alcaq, o serefsiz namussuz ermeni diwasina ele birbasa deye bilmirdin Daqliq Qarabaqda ve butun rayonlarda hamisi birlikde Azerbaycanindi.Yoxsa 5 rayon,ne bilim 7 rayon ne bilim ne.Meslehet verenlerin hamisi alcaqin tekidirler.

Bashirov Qarib 2018-12-14 19:18:01

Birinci Madrid sammitində,ermənilər 25km Laçın koridoru istisna olmaqla,7 rayonu qaytarmaga razılaşmışdı.Bizim mövqeyimiz isə koridor muqabilində Zəngəzur koridoru və Şuşa məsələsi idi.19 ildə mövqeyimiz o haldadır ki,Lukaşenkonun umidinə 5 rayon almaga da ermənilər razılaşmır.

G M 2018-12-14 19:18:01

Gör bir necə imic qazanmışıq ki,Lukaşenko dediklərinin fərqinə varmadan ağızına gələni danışır.Bu binamusduğa sonacan dözəyimizə inanır.Ancaq Ədalətsiz Dünyanın oyunları şəffaflaşandan..hər kəs doörunu anlayandan sonra Azərbaycan xalqı öz sözünü deyəcək.Və hələ ki,
Dünya bilməlidir ki,Qarabağı ermənistan işğal etməyib.Bu gün də Qarabağ rusiyanın işğalındadır.O ki,qaldı Lukaşenkonun ``hörmətinə,dostluğuna`` bizə belə alçaldıcı hörmət gərək deyil.

Abit 2018-12-14 19:18:01

Azerbaycan terefi indi KTMT ve Avroasiya ittifaqında temsil olunardılar.Ele danışırlar ele bil bizim ağalarımız bunlardı.

EJDER 2018-12-14 19:18:01

HE NE OLDU,BES BAWBILENLERIMIZ DEYIR KI, PUTIN HER WEYI 2019 CU ILDE HELL EDECEK,BES BIZ MUSTEQILIK.BOW BOW SOZLER BEZDIRDI MILLETI.HARA BAXIRSAN ,YALAN,YALAN YALAN...UMUD ALLAHA,BIRDE BIZLEREDI.HAYDI IRELI,AZERBAYCAN IGIDLERI

Hehder 2018-12-14 19:18:01

Azerbaycan. xalqının.gözel.atalarsözü. varki.(pişiyin.eli. ete.catmayanda. adlnl. ilenmiş.qoyur).indi. ermeni.xalql.özüne. edeletli.ermeni.xalqlnln. söznü.deyen. karubsenerleri .tutan.gözel.bir.lider. secib.lukaşenko.kimi. pişikde.onu.beyenmir

Osman 2018-12-14 19:18:01

Lukaşenko.redd.ol.get. sen.bir.öz. ölkende.paşinyan.kimi.azad.edaletli. secki.kecir.hakimyetden. get.sonra.danlş

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol