Menu

Tramp və Ərdoğan Suriyadakı vəziyyəti müzakirə ediblər

14.12.2018, 20:57
Tramp və Ərdoğan Suriyadakı vəziyyəti müzakirə ediblər

Türkiyə və ABŞ prezidentləri - Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı olub.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Bildirilib ki, tərəflər Suriyadakı son vəziyyəti müzakirə ediblər: “Danışıqlar zamanı tərəflər təhlükəsizlik və terrorla mübarizə məsələlərini, habelə Suriyadakı son vəziyyəti müzakirə ediblər. Həmçinin Suriyada daha yaxından əməkdaşlıq etmək barədə razılığa gəlinib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol