Qəzza sektorunda işğalçı İsrail hərbçiləri ilə toqquşmalarda 75 fələstinli yaralanıb.
"RİA "Novosti" xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidr bildirib.
Bununla belə, bildirilir ki, son günlər İordan çayının qərb sahilində vəziyyətin pisləşməsinə baxmayaraq, 8 aydır davam edən "Böyük qayıdış yürüşü"nün miqyası bir qədər azalıb.
"Qəzza sektorunun şərq sahilində işğalçı İsrail ordusunun əsgərləri ilə toqquşmalarda 75 fələstinli xəsarət alıb. Onlardan 7-i təcili yardımın əməkdaşlarıdır", - deyə əl-Kidr bildirib.
Qeyd edək ki, daha əvvəl İordan çayının qərb sahilindəki toqquşmalarda 1 fələstinlinin həlak olması barədə xəbər verilib. Bildirilir ki, o, silahlıların axtarışı zamanı iki işğalçı İsrail əsgərinin açdığı atəş nəticəsində öldürülüb. Həkimlər bildiriblər ki, həlak olan şəxsin 18 yaşı olub.


Şərhlər
Özünü insan haqlarının qoruyan bir dövlət kimi təqdim edən İşğalçı ABŞ hara baxır.Müsəlmanı öldürmək,yaralamaq olar.Tanıyın bu araqatan ABŞ-ı.Səsi çıxmır,çünki Müsəlmanlarla mübarizədə İsrayıl ABŞ-ın ən yaxın müttəfiqidir.