Menu

"Rusiya Ermənistanla Qarabağ arasında gömrük məntəqələrinin qoyulmasına nail oldu"

12.08.2014, 12:40
"Rusiya Ermənistanla Qarabağ arasında gömrük məntəqələrinin qoyulmasına nail oldu"

İqor Muradyan Xocalı cəlladı Zori Balayanı biabır etdi

Sarkisyanın Soçi səfərindən sonra Rusiyanın tam müstəmləkəsinə çevriləcəklərini anlayan erməni şərhçilər bir sıra “miatsum” qəhrəmanları barədə lətifələr yaratmağa başlayıblar.

ANS PRESS-in məlumatına görə, belə lətifə qəhrəmanlarından biri kimi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə tutan “miatsum” hərəkatının əsas ideoloqu, Xocalı soyqırımının təşkilatçılarından və cəlladlarından biri olan Zori Balayan haqqındadır.

Erməni şərhçi İqor Muradyan Soçi görüşünün nəticələrinə həsr edilmiş son məqaləsində yazır: “Rusiya bir şeyə - Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqələrinin qoyulmasına nail oldu. Bu, Azərbaycanın çoxdan istədiyi məsələdir və onun xeyrinə gedişdir. Ermənistan hökumətində gəzən söhbətlərə görə, Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsinə rəis Zori Balayan təyin ediləcək. O, şəksiz ki, bu vəzifəyə layiqdir. Çünki erməni xalqını rusların nökərinə çevirmək üçün bütün həyatını sərf edib”,- deyə İqor Muradyan vurğulayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol