Menu

Oqtay Əsədov Gürcüstana gedib - İnauqurasiyada iştirak edəcək

16.12.2018, 13:17
Oqtay Əsədov Gürcüstana gedib - İnauqurasiyada iştirak edəcək

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstan prezidenti Salome Zurabişvilinin bu gün keçiriləcək inauqurasiya mərasimində iştirak etmək üçün Tbilisiyə səfər edib.

“Report”un yerli bürosunun xəbərinə görə, Tbilisi beynəlxalq hava limanında parlament sədrini Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia və Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov qarşılayıb.

O.Əsədovun başçılıq etdiyi nümayəndə heyətinə xarici işlər nazirinin müavini Ramiz Həsənov, Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşov daxildir.

Tbilisi hava limanında Azərbaycan nümayəndə heyəti və L.Darsalia arasında qısa görüş keçirilib. L.Darsalia O.Əsədova Gürcüstana səfər etdiyinə görə təşəkkürünü bildirib. Tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərini qeyd edərək, gələcəkdə qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə hazırlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Gürcüstanın beşinci prezidenti S.Zurabişvilinin andiçmə mərasimi Telavi şəhərində saat 15:00-da keçiriləcək.

Şərhlər

Abdulqadir 2018-12-16 13:17:45

Mübarek olsun.... dürt deyince yeyin-ichin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol