Menu

Rusiyada azərbaycanlı qız amansızlıqla öldürülüb - Fotolar

17.12.2018, 19:08

Rusiyada azərbaycanlı qız amansızlıqla qətlə yetirilib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, İrkutsk vilayətinin Nijneudinsk şəhərində yaşayan 17 yaşlı Günel Rəhim qızı Dadaşova 10 gün əvvəl itkin düşüb.

Onun cəsədi ötən gün Nijneudinsk şəhərindəki körpülərdən birinin altında, zibilliyin yanında aşkar olunub. İstintaq materiallarına görə, Dadaşovanın boğazı kəsilib.

Faktla bağlı 15 və 17 yaşlı yeniyetmələr şübhəli qismində saxlanılıblar. Onlar ifadələrində qətli tamah məqsədi ilə törətdiklərini etiraf ediblər.

Şərhlər

t.ədalət 2018-12-17 19:08:52

Rusiyaya sığınanlar ehtiyatlı olmalıdırlar.Orda bizimkilərə qarşı genetik nifrət var.Sovet vaxtı hərbi xidmətdə olanda da bunun şahidi olurduq.Ruslar həmişə azərbaycanlıları aşağılamağa çalışırdılar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol