Menu

Şeyxin yubileyi Tiflisdə qeyd olunacaq

12.08.2014, 16:20

SeyxYubiley münasibətilə xüsusi toplantı və təntənəli tədbirin keçirilməsi, Gürcüstan rəsmiləri tərəfindən qəbullar nəzərdə tutulur

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 65 illiyini Tiflisdə qeyd edəcək.

QMİ-dən APA-ya verilən məlumata görə, Gürcüstanın Katolikos Patriarxı II İlya Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni Gürcüstana səfərə dəvət edib.

Avqustun 29-na nəzərdə tutulan səfərin məqsədi Şeyxülislam A. Paşazadənin anadan olmasının 65-ci ildönümünün Gürcüstanda qeyd edilməsidir.

Bu münasibətlə Tiflisdə xüsusi toplantı və təntənəli yubiley tədbirinin keçirilməsi, habelə Gürcüstan rəsmiləri tərəfindən qəbullar nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol