Menu

Azərbaycanlı alim Türkiyə universitetinin professoru adına layiq görülüb

18.12.2018, 10:36
Azərbaycanlı alim Türkiyə universitetinin professoru adına layiq görülüb

Azərbaycanlı alim Namiq Musalı Türkiyənin Kastamonu Universitetinin professoru elmi adına layiq görülüb.

“AzPolitika.info”nun məlumatına görə, bu barədə onun dostu, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl məlumat verib.

“Əziz dostum, aspirant yoldaşım və dissertasiyamın müdafiəsi zamanı elmi opponentim olmuş Namiq Musalı Türkiyənin Kastamonu Universitetinin professoru elmi adına layiq görülüb. Bu münasibətlə 17 illik dostumu ürəkdən təbrik edir və sevincimi digər dostlarımla bölüşürəm.

Qeyd edim ki, Namiq Musalı ikimizin də elmi rəhbəri olmuş AMEA-nın müxbir üzvü, mərhum professor Oqtay Əfəndiyevin banisi olduğu Azərbaycan Səfəvişünaslıq məktəbinin ən layiqli davamçılarından biridir. Bir neçə monoqrafiyanın, yüzdən çox elmi məqalənin müəllifidir. Xanımı Vüsalə Musalı da Kastamonu Universitetində çalışır və ötən ilin dekabrında bu ali məktəbin professoru elmi adına layiq görülüb”, - C.İsmayıl “Facebook”da yazır.

Şərhlər

Mehriban Əlizadə 2018-12-18 10:36:25

Ölkə hüdudlarından kənarda Vətənimizi, millətimizi və elmimizi yüksək səviyyədə təmsil edən Namiq Musalını və xanımı Vüsalə Musalını təbrik edirəm. Bir-birini çox ahəngdar şəkildə tamamlayan bu ziyalı gəncləri-mizə işlərində və həyatda daha böyük uğurlar diləyirəm. Sizinlə fəxr edirik. Daim xoş sorağınızı eşidək.

AAgahuseyn 2018-12-18 10:36:25

Sevinirəm AZƏRBAYCANLI ALİM belə bir ada layiq ğörülüb.TƏBRİK EDİRƏM ALLAH xöşbəxt etsin.AMMİN.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol