Menu

Bakı metrosunda problem: sərnişinlər qatardan boşaldıldı

12.08.2014, 19:28
Bakı metrosunda problem: sərnişinlər qatardan boşaldıldı

Bakı Metropolitenində qatarda problem yaranıb.

Bu barədəAPA-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

N. Paşayev bildirib ki, bu gün saat 18:13-də Bakı Metropoliteninin “28 May” – “Həzi Aslanov” xəttində 48 saylı marşrut üzrə hərəkət edən qatarda nasazlıq baş verib. “28 May” stansiyasında sərnişinlər təhlükəsizlik qaydalarına riayət etməklə qatardan boşaldılıb. Qatar baxış üçün depoya göndərilib.

Hadisə ilə əlaqədar qatarların ümumi qrafikində 3 dəqiqə gecikmə olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol