Menu

Bakıda "Gelandewagen" aşıb - Sıxlıq yaranıb

19.12.2018, 19:31
Bakıda "Gelandewagen" aşıb - Sıxlıq yaranıb

Bakıda zəncirvari qəza olub. Trend-in məlumatına görə, hadisə akademik Şəfayət Mehdiyev küçəsində qeydə alınıb.

Qəzada iştirak edən hər üç avtomobil - "Mercedes C class", "Mercedes S class" və "Gelandewagen" markalı avtomobillərə ciddi ziyan dəyib. Xəsarət alanlar barədə məlumat yoxdur.

Qəza nəticəsində "Gelandewagen" markalı avtomobil aşaraq yolu kəsib. Yolda avtomobillərin hərəkətində sıxlıq yaranıb. Hadisə yerinə YPX əməkdaşları cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol